IMG-LOGO

"Express Lombard" səhmdarlarından birinin tam nəzarətinə keçib

19 Feb 2026 10:34 4 baxış
IMG

"Express Lombard" ASC-nin səhmlərinin müvafiq olaraq 45 %-nə və 10 %-nə nəzarət edən Rifat Həsənov və Leyla Cabbarova paylarını digər səhmdar Nicat Həsənova bağışlayıb.

"Report" xəbər verir ki, bununla da, 3-cü səhmdar şirkətə tam sahib olub.

Xatırladaq ki, R.Həsənov həm də "International" ASC bank olmayan kredit təşkilatının yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.

"Express Lombard" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır.

Xəbər lenti