Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - "Ferrum Kapital" MMC-nin 4 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 40 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 51 investor 4 milyon manatlıq 51 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.