Bu ilin yanvar ayında Azərbaycan 22 milyon 303 min ABŞ dolları dəyərində 26 min 692 ton xurma ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 10 min ABŞ dolları (15,6 %) , həcm baxımından isə 578,1 ton (2,2 %) çoxdur.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərinin 1 %-ni təşkil edib.
Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.
Fatimə Bağırova