IMG-LOGO

Hesablama Palatası: Azərbaycanda nəticə əsaslı büdcə sistemi hələ tam formalaşmayıb

17 Feb 2026 15:46 4 baxış
IMG

Azərbaycanda Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) və Nəticə əsaslı büdcə mexanizminin tətbiqi davam etsə də, sistem institusional baxımdan tam formalaşmayıb.

"Report" bu barədə Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalına istinadən xəbər verir.

Bildirilib ki, hazırda iki paralel büdcə planlaşdırma modeli fəaliyyət göstərir – "Büdcə sistemi haqqında" Qanunla tənzimlənən sifariş əsaslı büdcə və OMXÇ qaydaları ilə tənzimlənən nəticə əsaslı büdcə.

Qeyd olunub ki, strateji məqsədlərlə maliyyə planlaşdırması arasında inteqrasiya zəifdir, indikatorlar üzrə metodologiya isə tam formalaşdırılmayıb. Bu isə nəticəyönümlü büdcə mexanizminin effektiv tətbiqinə mane olur.

Xəbər lenti