IMG-LOGO

"Tullantıları İdarəetmə Mərkəzi" auditor seçir

17 Feb 2026 11:57 5 baxış
IMG

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini martın 3-nə qədər şirkətin Sumqayıt şəhəri, Bakı-Quba şosesinin 33-cü km-i ünvanındakı ofisinə təqdim edə bilərlər.

Təkliflərə martın 3-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Fınancıal Reportıng Center" MMC olub. Şirkətə 1 830 manat ödənilib.

Xəbər lenti