IMG-LOGO

Azərbaycanlılar iş adamlarını ayaqlarından asıb döydülər

05.02.2024 13:25 68 baxış
IMG

Tümendə azərbaycanlılar 3 milyon rubl (33 min dollardan çox) almaq üçün iş adamlarını döyüblər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Tümen vilayəti üzrə prokurorluğun mətbuat xidməti məlumat yayıb. İstintaqın məlumatına görə, 2022-ci ilin noyabrında 25-35 yaşlarında olan beş əcnəbi işgüzar görüş bəhanəsi ilə iki iş adamını Yalutorovski rayonundakı kəndlərdən birinin yaxınlığındakı kəsim sexinə dəvət ediblər.

“Görüş zamanı cinayət ortaqları zərərçəkmişləri qorxutmaq məqsədilə odlu silah nümayiş etdirib, onlar tərəfə və ayaqlarına bir neçə dəfə atəş açıblar. Daha sonra onlar sahibkarları ayaqlarından qaldırıcı tirə asaraq bədənin müxtəlif nahiyələrinə zərbələr endirib, hər birindən 1,5 milyon rubl köçürülməsini tələb ediblər”, - idarədən bildirilib.

Daha sonra cinayətkarlar sahibkarlardan 500 min rubl (5 min dollardan çox) tələb edərək zərərçəkənləri azad ediblər. İş adamları xəstəxanada döyülmə anlarını lentə alıblar. Cinayət nəticəsində zərərçəkmişlərin qabırğaları sınıb, qançır və sıyrıqlar əmələ gəlib.

Əcnəbilər aşkar edilərək saxlanılıb, 1 silah və 2 tapança götürülüb. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Yalutorovski Rayon Məhkəməsinə göndərilib. İndi bu cinayətin iştirakçılarını 7 ildən 15 ilə qədər həbs gözləyir.

 

Xəbər lenti