IMG-LOGO

"Kəpəz" klubu heyətini yeni futbolçu ilə gücləndirib

14 Feb 2026 16:35 3 baxış
IMG

"Kəpəz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Gəncə təmsilçisi daha əvvəl də komandanın şərəfini qorumuş Camal Cəfərovun keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Sabah" olan Camal Cəfərov müxtəlif vaxtlarda "sarı-göylər"in formasını geyinib. O, 2023/2024 və 2024/2025 mövsümlərini də məhz "Kəpəz"in heyətində keçirib.

Xəbər lenti