IMG-LOGO

İtaliya təmsilçisi argentinalı hücumçunun müqaviləsinin müddətini daha 4 il uzadıb

13 Feb 2026 15:56 5 baxış
IMG

İtaliyanın "Bolonya" komandası hücumçu Santyaqo Kastro ilə 2030-cu ilə qədər yeni müqavilə imzaladığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı argentinalı futbolçu 2024-cü ilin yanvarından "Bolonya"da çıxış edir. O, cari mövsüm 31 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kastro həmçinin Argentinanın 23 yaşadək futbolçulardan ibarət milli komandasında 13 oyunda 2 dəfə fərqlənib.

"Transfermarkt" onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Xəbər lenti