IMG-LOGO

MM dövlət ehtiyacları üçün torpaq alınmasının əsaslarının genişləndirilməsini I oxunuşda qəbul edib

13 Feb 2026 12:44 4 baxış
IMG

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycanda dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən halların sayı sayının artırılması I oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentdə müzakirə edilib.

Qanun layihəsinə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.

Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.

Yeni qanun hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti