IMG-LOGO

Sualtı qayıq Antarktidada yoxa çıxdı

03.02.2024 07:56 75 baxış
IMG

İsveçin “Ran” pilotsuz sualtı aparatı Antarktidada sonuncu planlaşdırılmış dalma zamanı Tueytsa buzlağı altında yoxa çıxıb.

Lent.az xəbər verir ki, sualtı mühiti əks etdirən və sənədləşdirən müasir texnologiyalarla və ötürücülərlə təchiz olunmuş “Ran” təxminən 7 metr uzunluqda pilotsuz sualtı tədqiqat qayığıdır. O, buz altında uzun müddət dalmalar yerinə yetirə bilər. Dünyada üç belə aparat var və onlar tədqiqat məqsədlərində istifadə olunur.

Nəhəng Tueytsa buzlağı Qərbi Antarktidanın ən məşhur buzlağıdır. Onu adətən “Qiyamət gününün buzlağı” adlandırırlar. Hesab olunur ki, o, sürətli dağılmaya meyillidir. Buzlağın tam əriməsi bütün Yer kürəsində dəniz səviyyəsinin bir neçə metr qalxmasına səbəb ola bilər.

“Ran” sualtı qayığının köməyi ilə Höteborqdan olan tədqiqatçılar 2019-cu ildə Tueytsa buzlağı altına girən ilk tədqiqatçılar olublar. Onlar müəyyən ediblər ki, buzlaq əvvəllər hesab edildiyindən daha sürətlə əriyir. Nəticə bütün dünyada böyük əks-səda doğurdu. “Ran”ın yoxa çıxdığı ərazidə buzun qalınlığı 500 metrə çatır.

“Tədqiqat qayığı buzun alt qatının xəritəsinin yüksək dəqiqliklə çəkilməsi kimi unikal qabiliyyətə malik idi. İndi bizim daha belə imkanımız yoxdur və biz köhnə üsullara əl atmalı oluruq. Hazırda əsas nəzəriyyəmiz ondadır ki, buz altında nə isə aparatı kənara çıxmaq manevrlərini yerinə yetirməyə və qəza rejiminə keçməyə məcbur edib”, - deyə Höteborq Universitetinin professoru və ekspedisiya layihəsinin meneceri Anna Volin bildirib.

Xəbər lenti