IMG-LOGO

Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

11 Feb 2026 08:46 4 baxış
IMG

Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, "Volkswagen" markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti