IMG-LOGO

Pxuket sahillərində təhlükəli maddə daşıyan gəmi batıb

08 Feb 2026 21:31 5 baxış
IMG

Pxuket sahillərində 14-ü təhlükəli maddə olmaqla 290 konteyner daşıyan gəmi batıb.

"Report" xəbər verir ki, bu barədə Pxuket əyalət administrasiyasının informasiya mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Panama bayrağı altında üzən 4 339 tonluq "Sealloyd Arc" gəmisi Ko Keo Noy adası yaxınlığında batıb.

Təhlükəli maddələrin olduğu konteynerlərin əksəriyyəti gəmi ilə birlikdə batıb, bəziləri isə hələ də fəlakət zonasında üzür.

Xəbər lenti