IMG-LOGO

Topu qapıya yox, porno aktrisaya vurdu

02.02.2024 12:02 106 baxış
IMG

Yanvarın 31-də “Liverpul” Premyer Liqanın 22-ci turunun mərkəzi oyununda “Çelsi” üzərində inamlı qələbə qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qarşılaşma “Liverpul” üçün çox yaxşı alınsa da, “qırmızılar”ın hücumçusu Darvin Nunes üçün tamamilə uğursuz alınıb. O, bu oyunu uzun müddət xatırlayacaq.

Belə ki, matç zamanı uruqvaylı hücumçu qapı dirəyinə dörd dəfə zərbə vurub və bununla da bir matçda dirəyə vurma üzrə Premyer Liqa rekordunu müəyyənləşdirib. Maraqlıdır ki, “Liverpul”un forvardı İngiltərə Premyer Liqasının cari mövsümündə 7-ci dəfə dirəyə zərbə vurub. Ən populyar 5 liqanın heç bir oyunçusu bu mövsüm qapı dirəyinə 4 dəfədən çox zərbə vurmayıb.

Bundan başqa, “Çelsi” ilə matçda Darvin Nunes penaltini də qola çevirə bilməyib.

Həmçinin Darvin “Çelsi” ilə matçda qol vura bilməsə də, porno aktrisaya zərbə vura bilib. “Enfild” stadionunun tribunasında qonaq bölməsində yaşlı kinoaktrisa, OnlyFans modeli və “Çelsi”nin qızğın fanatı Astrid Vette də olub. Nunesin zərbələrindən birindən top birbaşa ona dəyib.

Astrid Vette “Liverpul”un forvardı ilə yanaşı, bu epizoda gülən şəbəkə istifadəçilərinə də çox əsəbiləşib. O, bu barədə öz Twitter səhifəsində məlumat verib:

“Darvin Nunes tribunada az qala başımı kəsdi və siz gülürsünüz?”.

22 turdan sonra “Liverpul” Premyer Liqanın turnir cədvəlində birinci yerdədir. Komandanın 51 xalı var.

Xəbər lenti