Müğənni Dəniz Əsədova Rusiyada fəaliyyət göstərən müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Lent.az xəbər verir ki, bu barədə Dəniz Əsədovanın vəkili Mirzə Xankişiyev məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəməyə müraciət edilməsinə səbəb Afət Fərmanqızının sosial şəbəkələr vasitəsilə həmkarına qarşı təhqir və böhtan xarakterli ifadələr işlətməsi iddiasıdır.
Mirzə Xankişiyev bildirib ki, Afət Fərmanqızı sosial şəbəkədə canlı yayım açaraq Dəniz Əsədova ilə yanaşı, onun azyaşlı övladları barədə də təhqiramiz ifadələr səsləndirib. Vəkilin sözlərinə görə, bununla bağlı müğənniyə dəfələrlə xəbərdarlıq edilsə də, o, bu hərəkətlərini davam etdirib.
Vəkil qeyd edib ki, təhqirlərin qarşısının alınması məqsədilə müvəkkili tərəfindən aidiyyəti üzrə digər müraciətlər də edilib.
Dəniz Əsədovanın xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmənin icraatına götürülüb və prosesin vaxtı müəyyənləşdirilib.
Məhkəmə prosesi sentyabrın 22-də Saatlı Rayon Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Afət Fərmanqızı Dəniz Əsədova Mirzə Xankişiyev Flora Kərimova Vəfa Şərifova məhkəmə Saatlı Rayon Məhkəməsi xüsusi ittiham böhtan təhqir sosial şəbəkə müğənni şou-biznes maqazinMənbə: lent.az