IMG-LOGO

"Neftçi" Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb

10 Feb 2026 20:55 3 baxış
IMG

Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni qəbul edən "Neftçi" qələbə qazanıb.

"Report"un məlumatına görə, "Palms Sports Arena"da baş tutan matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Meydan sahibləri oyunu 10 nəfərlə başa vurub. 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bu, baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında Bakı klubunun Premyer Liqada cari mövsüm ardıcıl ikinci qələbəsidir. Komanda ötən tur "Araz-Naxçıvan" kollektivini səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.

27 xala malik "Neftçi" turnir cədvəlində 7-ci pillədədir. "Qəbələ" isə 14 xalla 10-cudur.

Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0), "Qarabağ" "Şamaxı"nı (2:1) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.

Xəbər lenti