IMG-LOGO

Azərbaycan diasporunun keçmiş rəhbərinin çoxmilyonluq əmlakı müsadirə olunur

10 Feb 2026 18:00 5 baxış
IMG
2 0

Rusiyanın Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Ərşad Xankişiyevə məxsus çoxmilyonluq əmlak müsadirə oluna bilər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hazırda Xankişiyevin əmlaklarının dövlət gəlirinə keçirilməsi ehtimalı böyükdür.

Qeyd olunur ki, o, milli təhlükəsizliyə təhdid yaratdığı əsas gətirilərək Rusiya vətəndaşlığından məhrum edilib və deportasiya olunub.

Buna baxmayaraq, Xankişiyevin regionda biznes aktivləri qalmaqdadır. Xüsusilə, “Fruktdom” şirkətinin 2024-cü il üzrə dövriyyəsi təxminən 1,4 milyard rubl təşkil edib. Bundan əlavə, ona restoranlar, spa-komplekslər və digər kommersiya obyektləri də aid edilir.

Gəlirlərin xaricə çıxarılmasının qarşısını almaq məqsədilə əmlakın milliləşdirilməsi ehtimalı müzakirə olunur.

Azərbaycan diasporu Ərşad Xankişiyev

Xəbər lenti