Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı dəfn edilib.
Lent.az-ın məlumatına görə, mərhumun nəşi Sabunçu rayonu Ramana qəbiristanlığına torpağa tapşırılıb.
***
saat 12:00
Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı ilə Heydər məscidində vida mərasimi keçirilib.
Lent.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, sabiq deputat Ramana qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, Fəzail Ağamalı dünən axşam Ankarada uzun sürən xəstəlikdən sonra vəfat edib./APA
Fəzail Ağamalı

