Fevralın 8-də saat 10 radələrində 30 yaşlı hamilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Lent.az-a bildirilib ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin (kişi) çəkisi 4100 qr., boyu 53 sm olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-da saat 12 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.
Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 10:51
Beyləqanda yeni doğulan körpə ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 30 yaşlı Ülviyyə Əliyevanın təbii doğuşla dünyaya gətirdiyi oğlan uşağı ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr körpə öldü