Tərtər rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər-Goran yolunun Seydimli kəndi ərazisində qeydə alınıb.
Tərtər rayon sakini İxtiyar Cəfərovun idarə etdiyi "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarına aşıb.
Qəza zamanı avtomobildə olan Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.