IMG-LOGO

FHN: Ötən il 292 nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb

10 Feb 2026 10:41 4 baxış
IMG

Ötən il 292 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev deyib.

O bildirib ki, 2025-ci ildə 990 hüquqi və fiziki şəxsin 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb:

"Eyni zamanda, 795 hüquqi və fiziki şəxsin 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 48 hüquqi və fiziki şəxsə məxsus 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, hüquqi və fiziki şəxslərin isə 292 ədəd nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb".

Xəbər lenti