Ukrayna ordusunda döyüşən azərbaycanlı ölüb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində döyüşən "Saxa" ləqəbli Saleh İsmayılovun aldığı xəsarətlər sonradan onkoloji xəstəliyə çevrilib. 83 gün Baxmutda mühasirədə döyüşən İsmayılovu həkimlər xilas edə bilməyiblər.
Rusiya-Ukrayna müharibəsi