IMG-LOGO

Zaqatala sakini Oğuzda binanın damından yıxıldı

09 Feb 2026 22:27 4 baxış
IMG
0 0

Zaqatala rayon sakini Oğuzda binanın dam örtüyündən yıxılaraq ağır xəsarət alıb. Lent.az xəbər verir ki, Oğuzda ustalıq fəaliyyəti ilə məşğul olan Zaqatala rayonunun Aşağı Çardaqlar kənd sakini Rasim Məmmədov iş zamanı binanın dam örtüyündən yıxılıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğuna görə Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır. Vüqar Heydərov

Hadisələr oğuz

Xəbər lenti