IMG-LOGO

Zaur Axundova cinayət işi açıldı

09 Feb 2026 21:13 7 baxış
IMG
0 0

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaur Axundov xüsusilə külli miqdarda mənimsəmədə (CM-nin 179.4) ittiham edilir.

Cinayət işi üzrə istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparır. Hələlik onunla bağlı məhkəmə qərarı yoxdur.

Qeyd edək ki, Zaur Axundovun “Araz-Naxçıvan” futbol klubunun prezidenti olan qardaşı Ramin Axundov da bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb edilib. R.Axundov 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham edilir. O, istintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib. Həmin iş üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın sahibi Ruslan Eyyubov, limanın direktoru Rəşad Daşdəmirov və başqaları həbs edilib.

zaur axundov aff futzal federasiyası cinayət işi

Xəbər lenti