Azərbaycanda iki nəfər zəhərlənmədən ölüb.
Lent.az xəbər verir ki, hadisələrdən biri Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbə sakini, 36 yaşlı İsgəndər Hacıbaba oğlu Hacıyev dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Digər hadisə isə Gəncə şəhərində baş verib.
Sirkə turşusu içən Təbriz Quliyev xəstəxanada dünyasını dəyişib.
Araşdırmalar prokurorluqda aparılır.
Hadisələr