Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 24-də qeydə alınıb.
Orada yaşayan, 2003-cü il təvəllüdlü Anar Zöhrab oğlu Dadaşovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin hamam otağında tapılıb.
Onun dəm qazından boğulduğu bildirilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Hadisələr