IMG-LOGO

Mbappe Ronaldu və Messinin nailiyyətini təkrarlayıb

09 Feb 2026 11:07 4 baxış
IMG

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe La Liqada Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin nailiyyətini təkrarlayıb.

"Report" "Madrid Zone"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna XXIII turda "Valensiya"nı səfərdə məğlub etdikləri matçda fərqlənməklə nail olub.

Fransalı forvard cari mövsüm çempionatda meydana çıxdığı 22 matçda 23 qola imza atıb.

Daha əvvəl "Barselona"nın sabiq futbolçuları Luis Suares (2015/2016), Lionel Messi (2012/2013) və "Real"ın keçmiş hücumçusu Kriştianu Ronaldu (2014/2015) bunu bacarıb.

Xəbər lenti