IMG-LOGO

Bu ölkənin prezidenti evsiz qaldı

15 Jul 2026 15:18 3 baxış
IMG
1 0

Cənubi Koreya prezidenti Li Ce Men özünə məxsus yeganə mənzili satıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini hələ fevral ayında satışa çıxarıb.

Məqsəd hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə vətəndaşların etimadını artırmaq olub.

Hazırda Cənubi Koreya hökuməti öz mənzilində yaşamayan mülkiyyətçiləri daşınmaz əmlakı investisiya və ya spekulyasiya məqsədilə saxlamamaq, daha tez satışa çıxarmaq üçün təşviq edir. Bununla hakimiyyət yaşayış fondunu genişləndirməyi və boş qalan mənzillərin qiymətlərin formalaşmasına mənfi təsir göstərməsi problemini aradan qaldırmağı hədəfləyir.

"Artıq evim yoxdur", – Li Ce Men Nazirlər Kabinetinin mənzil siyasətinə həsr olunmuş iclasında bildirib.

Prezident 164 kvadratmetr sahəsi olan mənzili həyat yoldaşı Kim He Gön ilə birlikdə satıb. Cütlük bu mənzilə 1998-ci ildən sahib idi. Mənzil fevral ayında 2,9 milyard vona (təxminən 1,9 milyon ABŞ dolları) satışa çıxarılıb və elə həmin qiymətə satılıb.

Bildirilir ki, alqı-satqı üzrə ilkin müqavilə artıq imzalanıb, əsas müqavilənin isə yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir. Hazırda prezident və həyat yoldaşı Seulun Hannamdon rayonunda yerləşən rəsmi prezident iqamətgahında yaşayırlar.

Cənubi Koreya Prezidenti ev dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti