IMG-LOGO

PSJ Luis Enrike ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başladı

09 Feb 2026 11:16 4 baxış
IMG
0 0

PSJ futbol klubu baş məşqçi Luis Enrike ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

Lent.az bildirir ki, "L'Equipe" qəzetinin məlumatına görə, ispaniyalı mütəxəssisin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı gözlənilir. Klub rəhbərliyi məşqçinin mövsümün sonuna qədər yeni müqavilə imzalamasını gözləyir.

55 yaşlı Luis Enrike 2023-cü ildən PSJ-nin baş məşqçisidir. Onun rəhbərliyi altında klub iki dəfə Fransa liqasını və Fransa kubokunu, üç dəfə Fransa Superkubokunu, bir dəfə Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

O, həmçinin "Barselona"nın baş məşqçisi kimi 2015-ci ildə Çempionlar Liqasının qalibi olub.

 

Futbol. Luis Enrike PSJ müqavilə

Xəbər lenti