IMG-LOGO

Ağdaş sakini velosipeddən yıxılaraq ölüb

09 Feb 2026 10:57 4 baxış
IMG

Ağdaş rayon sakini velosipeddən yıxılaraq aldığı xəsarətlərdən həyatını itirib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ləki kəndində qeydə alınıb.

Kənd sakini, epilepsiyadan əziyyət çəkdiyi bildirilən 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb və ağır xəsarət alıb. Yaxınları Ə.Qədirovu xəstəxanaya apararkən, o, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti