Braziliyanın "Palmeyras" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un vingeri Con Ariası heyətinə qatıb.
"Report" "ge.globo" portalına istinadən xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.
Transferin məbləği 25 milyon avro təşkil edir. "Palmeyras" bu məbləği dörd il ərzində hissə-hissə ödəyəcək.
Qeyd edək ki, Kolumbiya millisinin üzvü ötən ilin yayında "Fluminense"dən "Vulverhempton"a 17 milyon avroya keçmişdi. O, İngiltərə Premyer Liqasının sonuncu pilləsində qərarlaşan komandanın heyətində 26 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.