IMG-LOGO

"Toyota" şirkəti "Corolla" və "RAV4"lərin sürülməsini qadağan edir - SƏBƏB

31.01.2024 18:01 88 baxış
IMG

Yaponiyanın “Toyota” şirkəti 20 yaşı tamam olmuş bəzi modellərin idarə edilməsinin qadağan edilməsi barədə fərman verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, belə avtomobillər hər an partlaya bilən qüsurlu “Takata” təhlükəsizlik yastıqlarına görə sahibləri üçün təhlükəlidir. Bildirilir ki, bu qəzaya səbəb ola bilər.

Qeyd olunur ki, qadağa 2003-2004 “Corolla”, 2003-2004 “Corolla Matrix” və 2004-2005 “RAV4” modellərinə şamil edilir. “RAV4”də dəyişdirilməli olan yan hava yastığı, “Corolla”da isə ön sərnişin hava yastığı var.

Dünyada qüsurlu “Takata” təhlükəsizlik yastıqlarının 30-dan çox qurbanı var. Ən çoxu isə ABŞ-dadır - 26 nəfər.

Xəbər lenti