IMG-LOGO

Salah hər Premyer Liqa klubuna qol vurub: Ən çox hansına?

08 Feb 2026 11:53 6 baxış
IMG
0 0

Premyer Liqada hücum oyunçusu üçün ardıcıllıq nadir bir keyfiyyətdir. Müdafiəçilər dəyişir, məşqçilər dəyişir, amma Məhəmməd Salah ildən-ilə istənilən rəqibə qarşı qol vurmaq imkanı tapır.

Lent.az xarici mediaya istinadən aadə və aydın bir faktı açıqlayır: “Liverpul”da birdən çox dəfə oynadığı bütün komandalara qarşı qol vurub və ya məhsuldar ötürmə edib.

Onun ən çox qol vurduğu komandalar:

20 – “Nyukasl”

19 – “Mançester Yunayted”

17 – “Brayton”

17 – “Vest Hem”

16 – “Tottenhem”

15 – “Mançester Siti”

15 – “Bornmut”

15 – “Sauthempton”

14 – “Aston Villa”

14 – “Kristal Pelas”

12 – “Arsenal”

11 – “Everton”

11 – “Uotford”

11 – “Vulverhempton” 

10 – “Lids”

9 – “Çelsi”

8 – “Brentford”

8 – “Lester”

6 – “Fulhem”

6 – “Haddersfild”

4 – “Bernli”

3 – “Kardiff”

3 – “İpsviç”

2 – “Notinqem Forest”

2 – “Stok Siti”

2 – “Suonsi”

2 – “Vest Bromviç”

Bu mövsüm aşağı formada olmasına baxmayaraq, bu, Salahın liqadakı istənilən rəqib üçün nə qədər çox yönlü və təhlükəli olduğunu xatırladır.

 

Futbol Məhəmməd Salah "Liverpul" Premyer Liqa İngiltərə

Xəbər lenti