Bir çoxumuz pulumuza qənaət etməkdə çətinlik çəkirik. Müasir dövrümüzdə maliyyəni idarə etməyə kömək edə biləcək smartfon proqramları var. Onların gözəl interfeysi var və istifadəsi olduqca asandır. Bəs, bu proqramlar hansılardır?
Lent.az pulunuzu idarə etməyə kömək edəcək 5 faydalı telefon proqramını təqdim edir:
“Money lover”
Maliyyə vəziyyətini nəzarətdə saxlamaq istəyənlər üçün yaxşı seçimdir. Xərclərinizi izləyə və büdcə yarada bilərsiniz.
“Money manager”
Xərc və gəlirlərə nəzarət etməyə imkan verir, həmçinin statistika hazırlayır.
“Bill Monitor”
Məcburi ödənişləri izləməyə imkan yaradır - icarə haqqı, kommunal xidmətlər, kabel televiziyası və s.
“Wallet”
Büdcə planlaşdırması üçün olduqca populyar bir proqramdır.
“Buddy”
Ortaq büdcəni saxlamaq üçün iOS smartfonlar üçün proqram.
Bu tətbiqlərin hər birini "Google Play"dan asanlıqla yükləyə bilərsiniz.