"Real Madrid" futbol klubu ilə iki dəfə Avropa Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi, ispaniyalı keçmiş futbolçu Manolin Bueno 86 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə klubun saytında məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Hücumçu, həmçinin "Real Madrid"lə səkkiz İspaniya çempionluğu, iki İspaniya Kuboku və bir Qitələrarası Kubok qazanıb. O, 1959-cu ildən 1971-ci ilə qədər Madrid komandasında, həmçinin İspaniyanın "Kadis" və "Sevilya" klublarında da çıxış edib.
real madrid Manolin Bueno