Lent.az xəbər verir ki, Çin Aviasiya və Kosmik Aerodinamika Akademiyası tərəfindən hazırlanan bu hibrid, avtonom model qlobal bazar üçün nəzərdə tutulub və əvvəlki versiya ilə müqayisədə təkmilləşdirilib.
Təyyarə qısa məsafədə qalxıb-enməyə imkan verən güclü hibrid mühərrikə malikdir.
O, köməkçi yollar, çəmənlik və torpaq zolaqlara, həmçinin xüsusi avadanlıqla su və qar üzərinə eniş edə bilir.
YH-1000S beynəlxalq logistika və fövqəladə hallar üçün hazırlanıb, 1 500 km uçuş məsafəsi və 1 200 kq yükdaşıma qabiliyyətinə malikdir.
Orta hündürlükdə logistika əməliyyatları üçün nəzərdə tutulan platforma okean müşahidəsi, dəniz nəzarəti və hava şəraitinə təsir kimi məqsədlərlə də istifadə oluna bilər. Ğ
Layihə komandası təyyarənin kommersiya istifadəsinə hazır olduğunu bildirir.
PUA yük
