İspaniyanın "Real" klubu Niderlandın AZ (Alkmar) komandasında çıxış edən Kes Smiti heyətinə qatmaq üçün 50 milyon avro ödəməyə hazırdır.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı yarımmüdafiəçini qarşıdakı transfer dönəmində almaq niyyətindədir.
Alkmar klubu oyunçu üçün bu təklifi nəzərdən keçirmək istəyir.
Niderlandlı futbolçu ilə İngiltərənin "Liverpul" və "Arsenal" klubları da maraqlanır.