Rusiyanın Murmansk vilayətində pensiyaçı qadın iki nəfərin öldürülməsində şübhəli bilinir.
Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, yanvarın 25-i səhər saatlarında Murmansk vilayətinin Umba qəsəbəsində yaşayan 84 yaşlı qadın Sovetskaya küçəsində yerləşən mənzilində divanı yandırıb və daha sonra mənzili tərk edib. Onun hərəkətləri nəticəsində bitişik mənzildə olan iki qadın tüstüdən zəhərlənərək ölüb.
Şübhəli şəxs saxlanılıb və kompleks psixoloji-psixiatrik ekspertiza aparılması üçün qapalı tipli tibb müəssisəsinə yerləşdirilib.
Araşdırma aparılır.
Hadisələr