IMG-LOGO

Azərbaycanın U-17 millisi Gürcüstana uduzub

06 Feb 2026 15:11 3 baxış
IMG

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:6 hesabı ilə uduzub.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

Xəbər lenti