IMG-LOGO

Şahin Şıxlinski və oğlunun məhkəməsində QADAĞA

06 Feb 2026 10:28 2 baxış
IMG
0 0

Yekaterinburqun Kirov Rayon Məhkəməsində fevralın 10-da yerli Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onun oğlu Mutvalı Şıxlinskinin barəsində cinayət işinə baxılmağa başlanacaq.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, ilk iclasın əvvəlcədən qapalı keçirilməsi qərara alınıb. Media nümayəndələrinin iclasa buraxılmayacağı vurğulanır.

Təqsirləndirilən şəxslər hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli zorakılıq tətbiq etməkdə ittiham olunurlar. Bu əməllərə görə onları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Mutvalı Şıxlinski “Gelandewagen” markalı avtomobili idarə edərkən atası Şahin Şıxlinskinin saxlanılması zamanı FTX əməkdaşını vurub. Şahin Şıxlinski də həmin vaxt avtomobildə olub.

Ş. Şıxlinksi guya 2001–2011-ci illər arasında törədilmiş iki qətl və bir sui-qəsd cəhdində ittiham olunur.

İddialara görə, keçmiş azərbaycanlı icma lideri bu qətllərin təşkilatçısı hesab olunur. Ona və daha altı təqsirləndirilən şəxsə qarşı iş də Kirov Rayon Məhkəməsində qapalı rejimdə baxılır.

Hadisələr Şahin Şıxlinski

Xəbər lenti