Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Rayon sakininə məxsus, sahəsi 230 kvadratmetr olan, bir mərtəbəli dördottaqlı evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
şəmkir yanğın