Əsas olan "Turan Tovuz"un "Kəpəz" üzərində qələbə qazanmasıdır.
"Report" xəbər verir ki, bunu "Turan Tovuz"un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib:
Mütəxəssis "Kəpəz"ə qalib gəldikləri (1:0) qarşılaşmanı şərh edib:
"Komandamız 4 gün əvvəl "Qarabağ"la çətin matç keçirmişdi. Heyətdə böyük dəyişiklik edilməmişdi. Demək olar ki, "Qarabağ"la matçdakı bütün futbolçular meydanda idilər. Meydanın vəziyyətinin və hava şəraitinin də oyuna təsiri var idi. Əsas odur ki, qələbə qazandıq. Gələn ay cavab matçına çıxacağıq. "Karvan-Yevlax"a qarşı keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, tərəflər arasında 1/4 final mərhələsinin cavab matçı martın əvvəlində baş tutacaq.