IMG-LOGO

"Sabah" Qabon millisinin hücumçusunu transfer edib

05 Feb 2026 18:37 5 baxış
IMG

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın "Maribor" klubundan icarəyə götürülüb. Onun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Sabah" cari mövsümün sonu futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində ölkəsinin "Port-Jantil" (2016-2018), Fransanın "Kolomye" (2018), "Bezye B" (2019-2020), "Qrenobl B" (2020-2021), "Bove" (2021-2022), "Şamalyer" (2022-2023), "Nim" (2023-2024), Portuqaliyanın "Leyriya" (2025, icarə) və Sloveniyanın "Maribor" (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Xəbər lenti