Türkiyədə qonşu qətliam törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhərinin Sincan qəsəbəsində baş verib. Əvvəllər də səs-küy səbəbilə dəfələrlə mübahisə edən alt-üst mərtəbə qonşularının növbəti davası qətliamla nəticələnib. Belə ki, səs-küydən bezən 72 yaşlı kişi üst qonşusunun evinə girərək, 2-i uşaq olmaqla 5 nəfəri güllələyib.
Nəticədə onların 4-ü hadisə yerində, 1-i isə xəstəxanada ölüb.
Hadisəni törədən yaşlı kişi cinayət aləti olan ov tüfəngi ilə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.