IMG-LOGO

Azərbaycan Kuboku: "Qarabağ" səfərdə "Şamaxı"ya uduzub

05 Feb 2026 16:26 3 baxış
IMG

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Şamaxı"ya qarşı ilk oyununda məğlub olub.

"Report"un məlumatına görə, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlardan Musa Qurbanlı 76-cı dəqiqədə adını tabloya yazdırıb.

Komandalar arasında cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti raundda "Sumqayıt" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.

Bu gün 1/4 final mərhələsində "Turan Tovuz" - "Kəpəz" oyunu da keçiriləcək. Matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" isə "Zirə" ilə qolsuz bərabərə qalıb.

Xəbər lenti