IMG-LOGO

İçki süfrəsində dostunu döyüb 15-ci mərtəbədən atdı - DƏHŞƏTLİ QƏTL

05 Feb 2026 15:48 3 baxış
IMG
1 0

Rusiyanın Novosibirsk şəhərində 40 yaşlı kişi tanışını vəhşicəsinə öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə axşam saatlarında Pervomayski rayonunda baş verib. Bir neçə dost 15-ci mərtəbədə yerləşən mənzildə spirtli içki qəbul edirmiş. Bir müddət sonra qonaqlardan ikisi arasında mübahisə yaranıb və dava ilə nəticələnib.

Təqsirləndirilən şəxs qarşı tərəfi döyüb və onu balkondan aşağı atıb. Nəticədə 24 yaşlı oğlan ağır xəsarətlər alaraq hadisə yerində həyatını itirib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb və istintaqçının vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Hadisələr

Xəbər lenti