IMG-LOGO

"Barselona" italiyalı müdafiəçini heyətinə qatmaq üçün təklif hazırlayır

05 Feb 2026 14:50 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu İtaliya millisinin futbolçusu Alessandro Bastonini heyətinə qatmaq üçün təklif hazırlayır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı müdafiəçi ilə yayda müqavilə imzalamaq istəyir.

"İnter"də çıxış edən oyunçu hazırkı ölkə çempionu üçün əsas transfer hədəfinə çevrilib. "Barselona" Bastoniyə görə qarşı tərəfə 80 milyon avro ödəmək niyyətindədir. Hətta oyunçunun nümayəndələri ilə şifahi razılıq da var.

Qeyd edək ki, Alessandro Bastoninin "İnter"lə 2028-ci ilin yayınadək müqaviləsi var. O, cari mövsüm 28 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti