IMG-LOGO

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

05 Feb 2026 13:58 2 baxış
IMG
3 0

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Lent.az modern.az-a istinadən xəbər verir ki, 26 yaşlı İlham Qüdrət oğlu Baxşıyev Ukraynanın Zaporojye vilayəti istiqmətində gedən döyüşlərdə həlak olub.

Onun Rusiya ordusunun tərkibində xidmət etdiyi və Xakasiya Respublikasından hərbi xidmətə çağırıldığı bildirilir.

Xatırladaq ki, 2026-cı ildə azı 20 soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub.

Rusiya-Ukrayna müharibəsi

Xəbər lenti