Rusiyanın "Zenit", "Kuban" və İngiltərənin "Arsenal" klublarının sabiq hücumçusu Andrey Arşavin özünü Rusiya Premyer Liqası (RPL) tarixinin ən yaxşı futbolçusu adlandırıb.
"Report" xəbər verir ki, bu barədə 44 yaşlı veteran futbolçu liqanın mətbuat xidmətinə açıqlamasında bildirib.
O, "RPL tarixinin ən yaxşısı kimdir?" sualına "İstənilən dövr üçün ən yaxşı futbolçu mənəm" cavabını verib.
Qeyd edək ki, A.Arşavin "Zenit"in heyətində üç dəfə Rusiya çempionu (2007, 2011/2012, 2014/2015) olub, iki dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb. O, 2002–2012-ci illərdə Rusiya millisinin formasını geyinib.