"Real" İspaniya millisinin futbolçusu Fabian Ruisi heyətinə qatmaq istəyir.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçini yayda transfer etmək niyyətindədir.
Oyunçu 2022-ci ildən Fransanın PSJ klubunda çıxış edir.
Fabian Ruis cari mövsümdə 24 oyuna 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.