IMG-LOGO

Azərbaycan klubu heyətinə daha bir legioner futbolçu qatıb

05 Feb 2026 12:47 3 baxış
IMG

Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" klubu heyətinə daha bir legioner futbolçu qatıb.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Fildişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib.

Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.

Xəbər lenti